Az.shafaqna.com xəbər verir ki, Amerika və Almaniya istehsalı olan Pfizer və BioNTech koronavirusa qarşı peyvəndlər fevral ayının sonunda Gürcüstana gələcək.
Bu haqda Gürcüstanın Baş Naziri Qiorgi Qaxariya özünün facebook səhifəsində bildirib.
“Pfizer vaksininin birinci dozası Gürcüstana fevral ayının sonunda gələcək. Ölkənin dostu, Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Adxan Qebreysusa göstərdiyi dəstəyinə görə, təşəkkür edirəm.”, -deyə baş nazir bildirib.
O bildirib ki, ilk peyvəndlənmə səhiyyə işçiləri üzərində həyata keçiriləcək.
Bu məqaləni paylaş