Azərbaycanda təhsillə bağlı çoxlarını düşündürən məsələlərə aydınlıq gətirildi

Övladlarının əyani dərslərdə iştirakını istəməyən valideynlər bununla bağlı mətkəbə müraciət edə bilərlər. Valideynlərin bu məsələdə seçim hüququ var.

Az.shafaqna.com xəbər verir ki, bunu Azərbaycanın Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bir qism valideynlər məktəblərin bu cür formada açılmasının əleyhinədir: “Ancaq əsasən, valideynlər məktəblərin açılmasına müsbət reaksiya verirlər. Ümid redirik ki, tədricən daha çox ənənəvi təhsilə qayıdacağıq”.

Nazir həminin bildirib ki, bölgələrdə 2000-dən artıq məktəb fevralın 1-dən əyani təhsilə qayıda biləcək.

Emin Əmrullayevin sözlərinə görə, həmin məktəblər əsasən, şagird sayı çox az olan məktəblərdir.
Nazir bildirib ki, Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər ərazilərdəki məktəblərdə şagirdlər arasında 1,5 metr məsafə saxlamaq mümkün olacaqsa, bu halda, bütün şagirdlər məktəbə yarımqruplara bölünmədən gələ bilərlər.

Təhsi naziri Emin Əmrullayev şənbə günlərində ictimai nəqliyyat işləmədiyi halda, bəzi məktəblərdə dərslərin keçirilməsi ilə bağlı da açıqlama verib.

O deyib ki, bu məsələ daha çox Bakı, Sumqayıt və Abşeronda aktualdır. Onun sözlərinə görə, Təhsil Nazirliyi mümkün qədər şənbə günündə dərslərin olmamasına çalışır.

“Bu məsələdə şagirdlərlə bağlı bizim elə ciddi problemimiz olmur. Çünki şagirdlərin əksəriyyəti dərsə marşrutdan istifadə edərək gəlmir, piyada gəlirlər. Müəllimlərimizlə bağlı problemlər var. Amma müəllimlər bu məsələni məktəblərlə tənzimləyə bilərlər. Şəxsi maşını olmayan və məktəbə yaxın yerdə yaşamayan müəllimlər üçün şənbə günü dərslər salınmaya bilər. Amma ümumiyyətlə, onu demək olar ki, şənbə günü fəaliyyət göstərən məktəblərimizin sayı azdır”, -deyə nazir vurğulayıb.

Vahid məktəbli formaları ilə bağlı isə nazir Emin Əmrullayev deyib ki, nümunələr hazırlanaq ictimai müzakirəyə çıxarıldı, lakin hələ rəsmi olaraq, qəbul edilməyib. Ümid edirəm ki, yaxın gələcəkdə qəbul ediləcək.

Onun sözlərinə görə, şagirdlər məktəbdə özlərinin sosial statuslarına görə çox fərqlənməməli və məktəbli forması bir alətə çevrilməməlidir: “Biz buna çalışmalıyıq. Məktəbli formasına sosial normalar baxımından da baxmalıyıq. Təsdiq edəcəyimiz forma nümunələrinin həm əlçatan olmasını, həm də qiymət baxımından adi geyimdən əsaslı şəkildə fərqlənməməsi formatının olmasını düşünmüşük. Mən bu məsələdə valideyn icmasının da qərar verən tərəf olduğunu düşünürəm. Geyimlərlə bağlı qərar valideynlərlə birgə verilməlidir”.

Bu məqaləni paylaş