Avstraliyanın cənub hissələrində son illərin ən isti günü qeydə alınıb.

Az.shafaqna.com xəbər verir ki, rəsmi qurumlar anomal istilər səbəbindən meşə yanğınları təhlükəsinin artdığı barədə əhaliyə xəbərdarlıq ediblər.

Məlumata görə, ölkənin cənubunda yerləşən bir çox ərazidə havanın temperaturu 40 dərəcəni ötüb və bəzi şəhərlərdə rekord göstəricilər müşahidə olunub. Melburn şəhərində temperatur son altı ilin ən yüksək səviyyəsinə çataraq 41 dərəcə olub. Adelaidada hava 43 dərəcəyədək yüksəlib, paytaxt Kanberrada isə 37 dərəcə isti ölçülüb.

Sinoptiklərin proqnozuna əsasən, isti hava dalğası yaxın günlərdə də davam edəcək. Həftəsonu isə Sidney şəhərində temperaturun ən yüksək həddə çatacağı gözlənilir.