Veneuselada 7 günlük milli matəm elan edildi

Az.shafaqna.com xəbər verir ki, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes respublikanı və prezident Nikolas Maduronu müdafiə edərkən həlak olmuş gənclərin xatirəsinə Venesuelada yeddi günlük milli matəm elan etdiyini açıqlayıb.

“Venesuelanı və prezident Nikolas Maduronu qoruyarkən həyatını itirmiş gənc qadın və kişilərin şərəfinə, xatirəsinə və onlara ehtiram əlaməti olaraq yeddi günlük matəm elan etmək qərarı verdim”, – deyə o bildirib.

Rodriqes daxili sabitliyin qorunmasının vacibliyini vurğulayıb və Venesuelaya qarşı təzyiq və hücumların dayandırılmasına yenidən çağırış edib.

Bu məqaləni paylaş