Gürcüstan iqtisadiyyatının 2020-ci ildə enişi proqnozlardan çox olub

Koronavirus pandemiyası ilə əlaqədar Gürcüstan iqtisadiyyatının 2020-ci ilin dekabrında eniş templəri 2019-cu ilin analoji dövrü ilə müqayisədə sürətlənib, ÜDM 7,9%, aşağı düşüb.

Az.shafaqna.com “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın “Sakstat” Milli Statistika Xidməti məlumat yayıb.

2018-ci illə müqayisədə iqtisadiyyatın enişi 6,1% təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Gürcüstan iqtisadiyyatında 5,2% artım müşahidə olunub ki, bu da 4,5% proqnozla müqayisədə 0,7% çox idi.

Hazırda Gürcüstanda ağır iqtisadi vəziyyət qalmaqdadır, biznes staqnasiya dövrünü yaşayır, işsizlik vüsət alıb. Tətbiq edilən məhdudiyyətlər vəziyyəti bir qədər də çətinləşdirir.

Bu məqaləni paylaş