
Moldova ordusu Kalaşnikov avtomatlarından imtina edəcək.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Anatoli Nosatıy bildirib.
O deyib ki, bu addım “Silahlı Qüvvələrin modernləşdirilməsi” çərçivəsində atılır.
Nosatıy əlavə edib ki, Moldova hərbçiləri Qərbdə istifadə edilən – NATO kalibrli silahlara keçid edəcək.
“Bu isə bizə (Qərbin) logistika bazasına, döyüş sursatlarına və ehtiyat hissələrinə çıxış verəcək”, – deyə o qeyd edib.
Nazirin sözlərinə görə, keçid mərhələli şəkildə həyata keçirilir və artıq bir sıra hərbi hissələr Rusiya istehsalı avtomatdan istifadəni dayandırıb.






























