Ötən ay dövlət sərhədini pоzduqlarına görə 19 nəfər saxlanılıb.

Bu barədə “Az.shafaqna.com“a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, onların 6-sı Azərbaycan, 3-ü Pakistan, 2-si Əlcəzair, 1-i Banqladeş, 2-si Əfqanıstan, 1-i İran, 1-i Gürcüstan, 1-i Türkiyə, 1-i İraq, 1-i Cibuti vətəndaşı оlub.