Fitso: Əlimdən ABŞ-ın hərəkətini qınamaqdan başqa heç nə gəlmir

ABŞ-ın Venesueladakı hərəkətləri “neft avantürasıdır”.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso bəyan edib.

“Heç nə, hətta rəmzi bir şey də edə bilmədiyimiz( bu vəziyyət)ə baxmayaraq, mən birmənalı olaraq bu növbəyi amerikan neft avantürasını qınamalıyam və rədd etməliyəm, hətta mənim bu aydın və ardıcıl mövqeyimin müəyyən müddətliyinə Slovakiya-ABŞ münasibətlərini siyasi cəhətdən pisləşdirə bilməsi bahasına olsa da”, – deyə o qeyd edib.

Fitso BMT və onun Təhlükəsizlik Şurasının (TŞ) qeyri-effektivliyi ilə bağlı məyusluğunu ifadə edib və deyib ki, bu qurumun islahatlara ehtiyacı var.

Onun sözlərinə əsasən, ABŞ beynəlxalq hüquq normalarını ayaqlar altına atır və sözün əsl mənasında, istədiyi hər bir şeyi edir.

Fitso Avropa İttifaqını (Aİ) da tənqid edib.

“Slovakiya beynəlxalq hüququn bu cür kobudcasına pozulması faktının düzəldilməsi üçün aydın bəyanatlardan başqa heç nə edə bilməsə də, bir (beynəlxalq) təşkilat var ki, (bunun üçün) gücü var, lakin o da yararsız və ikiüzlüdür. Həmin təşkilat isə Aİ-dir. Mən uzun illərdir ki, çağırışlar edirəm ki, ABŞ-ın total təsirindən qurturlmaq üçün Aİ-nin öz xarici siyasəti olsun”, – deyə o qeyd edib.

Slovak Baş nazir vurğulayıb ki, Slovakiyanın heç bir hərbi avantüraya cəlb edilməməsi üçün hər bir şeyi edəcək.

“Mən, suveren bir ölkənin hökumətinin sədri kimi, beynəlxalq hüquqa hörmət edirəm”, – deyə o əlavə edib.

Fitso bildirib ki, ölkəsi bu məsələdə maraqlı olan bütün həmkar-dövlətlərlə əməkdaşlıq siyasətini həyata keçirəcək, “həmin ölkələrin qərbdə, şərqdə, şimalda və ya cənubda olmasından asılı olmayaraq”.

Xatırladaq ki, Donald Trampın tapşırığı əsasında, ABŞ hərbçiləri 3 yanvar tarixində Venesuela ərazisinə soxularaq ölkə başçısı Nikolas Maduro və onun həyat yoldaşını ölkədən qaçırıblar.

Bu məqaləni paylaş