Suriyada 3 partlayış: Məscidə zərər dəydi

Az.shafaqna.com xəbər verir ki, yanvarın 3-də Suriyanın paytaxtı Dəməşqin qərb hissəsində naməlum şəxslər tərəfindən həyata keçirilən hücum zamanı ən azı üç partlayış qeydə alınıb.

Bildirilib ki, buraxılan raketlərdən biri Məzzə rayonunda yerləşən bir məscidin günbəzinə zərər yetirib. Həmin ərazinin yaxınlığında yüksək rütbəli məmurların yaşadığı villaların olduğu qeyd olunur.

Məlumata əsasən, digər raketlərdən biri elit hərbi bölmənin kazarması yaxınlığında partlayıb, daha biri isə şəhərin kənarında yerləşən Məzzə hərbi aerodromuna düşüb.

Hadisə nəticəsində insan tələfatı və ciddi dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

HƏMÇİNİN OXU: Suriyada “İmam Əli” məscidinə terror hücumu – VİDEO

Bu məqaləni paylaş