General Məhəmməd əl-Həddadı daşıyan təyyarənin qara qutusunun Böyük Britaniyada araşdırılması ilə bağlı razılaşma əldə olunub.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Liviyanın nəqliyyat naziri Məhəmməd əl-Şaubi açıqlama verib.

Nazirin sözlərinə görə, ilkin mərhələdə qara qutunun Almaniyada, Fransanın da iştirakı ilə yoxlanılması təklif olunmuşdu.

Ancaq Çikaqo Konvensiyasının tələblərinə əsasən, belə texniki araşdırmalar neytral ölkədə aparılmalıdır. Məhz bu səbəbdən təhlilin Britaniyada həyata keçirilməsi qərara alınıb.

Xatırladaq ki, ötən ay Türkiyə paytaxtı Ankarada baş verən təyyarə qəzası nəticəsində Liviyanın Baş Qərargah rəisi Məhəmməd əl-Həddad da daxil olmaqla ümumilikdə 10 nəfər həyatını itirib.