Litvada nəqliyyat vasitəsini idarəetmə hüququ verən imtahanın rus dilində keçirilməsi qadağan edilib.
Az.shafaqna.com xəbər verir ki, bundan sonra imtahan yalnız dövlət dili olan litva dilində və ya Avropa İttifaqının rəsmi dillərindən birində qəbul olunacaq.
Müvafiq qərar Litvanın daxili işlər naziri Vladislav Kondratoviç tərəfindən təsdiqlənib.
“İmtahanın dövlət dilində və Aİ-nin digər rəsmi dillərində verilməsi ilə bağlı dəyərlərə əsaslanan mövqeni dəstəkləyirəm”, – deyə Kondratoviç bildirib.
Qeyd olunur ki, Litvada imtahanların yeni qaydada keçirilməsi hələ 2025-ci il üçün planlaşdırılmışdı, lakin hazırlıq məqsədilə tətbiqi bir il sonraya təxirə salınıb.
Mövcud məlumata görə, imtahanın nəzəri hissəsi artıq yalnız dövlət dilində və ya Avropa İttifaqının rəsmi dillərindən birində verilə bilər. Praktiki mərhələdə isə Aİ-nin 24 rəsmi dilindən birini bilən tərcüməçinin iştirakı mümkündür.
2024-cü ildə sürücülük vəsiqəsi imtahanı rus dilində 13 378 dəfə verilib ki, bu da imtahan verənlərin ümumi sayının 9,7 faizini təşkil edib.
