
Az.shafaqna.com “Associated Press”-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Baş inspektorunun Liviyaya dair məruzə hazırlayıb.
İddia edilir ki, Türkiyə 2020-ci lin yanvar-mart aylarında Suriyadan Liviyaya 3,5-3,8 min mudlu döyuşçü göndərib. Həmin döyüşçülər Liviyanın qərbində fəaliyyət göstərən Milli Birlik Hökumətininin (MBH) tərəfindən döyüşürlər.
Bildirilir ki, muzdlulara pulla yanaşı, vətəndaşlıq da təklif edilib.
Sənəddə həmçinin ehtimal edilir ki, bu döyüşçülərin göndərilməsi BMH qüvvələrinə cari ilin may ayında irəliləməyə imkan verib.
Pentaqon həmçinin qeyd edir ki, Ankara Liviyada naməlum sayda Türkiyə hərbçisi də yerləşdirib.
Bundan başqa iddia edilir ki, Rusiya Liviyanın şərqindəki hökuməti dəstəkləyən Liviya Milli Ordusuna (LMO) yardım üçün yüzlərlə muzdlu göndərib.






























