Artıq bir neçə ildir ki, Bosniya və Herseqoviyanın Kaqaniya şəhərinin sakinləri yeni ili maraqlı bir şəkildə qarşılayırlar.
Az.shafaqna.com IQNA-ya xəbər verir ki, ölkə müsəlmanları yeni ilin daxil olmasına bir neçə saat qalmış bir yerə toplaşaraq “Quran Gecəsi” təşkil ediblər.
Minlərlə müsəlmanın qatıldığı tədbirdə bosniyalı, iranlı, xorvatiyalı, sloveniyalı, türkiyəli Quran qariləri tilavətlər ediblər.
Məclis zamanı həmçinin islami nəğmələr oxunub, xütbə verilib.
Bu məqaləni paylaş
