Sudanın Şimali Darfur ştatında uşaqların 53%-i şiddətli aclıqdan əziyyət çəkir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə BMT Uşaq Fondundan (UNICEF) məlumat verilib.

Həmin uşaqların 18 faizi aclığın ən ağır həddindədirlər və vəziyyət düzəlməsə, onlar yaxın həftələr ərzində aclıqdan həyatlarını itirə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, kəskin aclığın 15%-ə çatması fövqəladə hal deməkdir.

Xatırladaq ki, 2023-cü il 15 apreldən bri Sudanda ordu ilə xaricdən dəstəklənən qüvvələr şiddətli döyüşlər gedir. BƏƏ-nin dəstəklədiyi qüvvələr ölkədə hərbi cinayətlər və kütləvi qırğınlar törədirlər.

Humanitar böhran nəticəsində onminlərlə sudanlı dünyasını dəyişib, 13 milyona yaxın insan evlərini tərk etməli olub.