Dünyada şəhərlərdə yaşayan insanların sayı açıqlanıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

Qeyd edilib ki, şəhərlərin sakinlərinin sayı 4,4 milyard nəfərdən çoxdur.

Üstəlik, bu rəqəm artamağa dava edərək 2050-ci ildə bütün dünya əhalisinin 70%-ni təşkil edə bilər.

Əlavə edilib ki, şəhələr insan sağlamlığı üçün risklərin ən çox, o cümlədən də hava çirklənməsinin, təhlükəli nəqliyyatın, pis yaşayış şəraitinin və iqlim dəyişikliyi ilə bağlı təhlükələrin ən yüksək konsentrasiya olduğu ərazilərdir.

Xatırladaq ki, hazırda dünya əhalisinin sayı 8,2 milyard nəfərdən çoxdur. 2050-ci ildə isə insanların sayının 9,8 milyard nəfər olması gözlənilir.