Reuters

Az.shafaqna.com KUNA-ya istinadən xəbər verir ki, Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah xəstəxanaya yerləşdirilib.

Bu haqda əmir dəftərxanası naziri Əli əl-Carrah əs-Sabah bildirib.

Alihəzrət Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah bir neçə tibbi müayinə üçün şənbə günü xəstəxanaya yerləşdirilib”, – deyə o bildirib.

Ölkə rəsmisi bildirib ki, əmir özünü yaxşı hiss edir.