Avropa İttifaqının (Aİ) Gürcüstana qarşı qərarları artıq çoxdandır ədalətsizdir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.

O deyib ki, Brüssel ilə konstruktiv dialoq isə yalnız Aİ rəhbərliyinin dəyişməsindən sonra mümkündür.

Brüsselin qərarlarında məntiq axtarmayın. Bu prosesdə biz heç nəyi istisna etmirik, lakim bir şeyi dəqiq bilirik: biz heç bir siyasi şantajın müqabilində suverenliyimizdən keçməyəcəyik“, – deyə spiker qeyd edib.

Papuaşvili əlavə edib ki, Gürcüstan xalqı da Avropanın qərarlarının əsl motivlərini bilir.

Burada ədalət və obyekt kriteriyalar yoxdur, yalnız zərərli məqsəd var: Gürcüstana və onun vətəndaşlarına ziyan vurmaq“, – deyə o bildirib.

Bu, Brüsselin bürokratiyasının və onun təcrübəsiz diplomatiyasının səbəb olduğu acı nəticədir. Onlar Aİ və Brüsseli Gürcüstan xalqının gözündə nüfuzdan salıblar“, – deyə o qeyd edib.

Papuaşvilinin sözlərinə görə, Brüssel rəhbərliyi bu gün Avropa xalqlarının maraqlarını təmsil etmir, öz siyasi gündəliyi əsasında hərəkət edir ki, bu da ortaq dilin tapılmasını qeyri-mümkün edir.

“Avropa İttifaqını sivilizasiyanın uçurumuna gətirib çıxaran bürokratiya ilə necə ortaq dil tapmaq olar?.. Biz Brüsselə ölkəmizi dağıtmağa imkan verməyəcəyik. Onların Aİ-nin özü ilə etdikləri onlar üçün bəsdir”, – deyə o vurğulayıb.

Parlamentin sədri deyib ki, Avropa iqtisadi durğunluq vəziyyətindədir, Aİ isə eskalasiyaya köklənmiş struktura çevrilib.

“Bu cür bürokratiya ilə ortaq dil tapmaq olmur, ona görə də əsas xətt – Brüssel rəhbərliyi dəyişməlidr. Avropa xalqları da hər gün daha da çox buna etiraz edirlər. Brüssel Avropa xalqlarına qulaq asan kimi, bizim münasibətlərimizin tam yoluna qoyulması mümkün olacaq”, – deyə o əlavə edib.