Gürcüstan 1 fevraldan bu şərtlərlə xaricdən turist qəbul edəcək

Az.shafaqna.com xəbər verir ki, 1 fevraldan Gürcüstana gələcək xarici ölkə vətəndaşları bəzi şərtlərlə ölkəyə buraxılacaq.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava açıqlama verib.

O bildirib ki, əvvəlki 12 günlün özünütəcrid məcburiyyəti xarici vətəndaşlar üçün götürülür.

Turnavanın bildirdiyinə görə, Gürcüstan ərazisinə gələn xarici ölkə vətəndaşları ya PSR testi təqdim etməli, ya da öz hesablarına 8 günlük özünütəcrid üçün otelə getməlidirlər.

Lakin PSR testi ilə də iş bitmir, belə ki,  öz ölkəsindən gətirilən PSR arayışından başqa, ölkəyə daxil olduqları andan 3 gün sonra öz hesablarına xəstəxana və ya klinikada yenidən PSR testindən keçməlidirlər. Beləliklə, Gürcüstanın PSR testi də müvafiq qurumlara 3 gündən sonra təqdim olunmalıdır.

Gürcüstana daxil olmanın digər yolu isə, vaksinasiyadır.

Belə ki, iki dozalıq peyvənd olunan şəxs də, hər hansı bir məhdudiyyətsiz ölkə ərazisinə daxil ola bilər.

Qeyd edək ki, 1 fevraldan Gürcüstan bütün ölkələr üçün hava aviareyslərini açdığını açıqlayıb.

 

Bu məqaləni paylaş