Azərbaycanda koronavirusa yoluxanların cəmi 1.85 faizi aktiv xəstədir

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Az.shafaqna.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 553 nəfər müalicə olunaraq sağalıb, 3 119 nəfər vəfat edib, aktiv xəstə sayı 4 263 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 342, ötən müddət ərzində isə ümumilikdə 2 394 476 test aparılıb.

Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  96.79 faizi sağalıb,   1.85 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 229 935 nəfərin 1.36 faizi (3 119 nəfər) dünyasını  dəyişib.

Bu məqaləni paylaş