
Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Yalova şəhərinin yaxınlığında yerlşən Elmalık kəndində keçirilən əməliyyat zamanı İŞİD terrorçuları ilə hüquq-mühafizə əməkdaşları arasında qarşıdurma yaşanıb.
Nəticədə 8 nəfər İŞİD-çi məhv edilib.
Atışma zamanı 3 polis əməkdaşı həyatını itirib, həmçinin 8 polis əməkdaşı və 1 mühafizəçi də yaralanıb.
Evdə gizlənən terrorçulara qarşı əməliyyat bir neçə saat çəkib.






























