
Az.shafaqna.com xəbər verir ki, İran höküməti tibbi maska ilə bağlı qərar verib. Bu haqda İran prezidenti Həsən Ruhani bu günkü iclasda deyib.
“İnsanların sıx olduğu bütün yerlərdə tibbi maska taxılmasını 5 iyuldan 21 iyula qədər məcburi edilməsilə bağlı qərar qəbul etmişik. Lazım olacağı təqdirdə, bu müddəti uzadacağıq.”, -deyə Ruhani qeyd edib.
Qeyd edək ki, İranda bu günə qədər 220,180 insan koronavirusa yoluxub, onlardan 10364 nəfər dünyasını dəyişib, 180,661 nəfər isə sağalıb. Lakin son zamanlar tibbi maskadan istifadə hallarının azalması İranda koronavirusa yoluxma dinamikasında dəyişiklik yaradıb.






























