“Əl-Nəsr” futbol klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “əl-Uhdud” klubu ilə olan qarşılaşmanın birinci taymında dubla imza atıb.
Az.shafaqna.com xəbər verir ki, forvard 31-ci dəqiqədə küncdən zərbə endirməklə rəqibin qapısına qol vurub. İkinci qolu isə Ronaldo 45+3-cü dəqiqədən Marselo Brozoviçinin verdiyi pas nəticəsində vurub.
Portuqaliyalı futbolçu üçün həmin qollar yetkin futbolunda, klub və milli matçlarını nəzərə almaqla, vurduğu 955 və 956-cı qollar olub.
Bundan öncə isə Ronaldo son qolunu – 954-cü qolunu 23 noyabrda vurmuşdu.
Qeyd edək ki, portuqal idmançı Kriştianu Ronaldu milli komandalar, Avropa Çempionatları və Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri, həmçinin rəsmi oyunlarda 900 qol göstəricisinə çatmış ilk futbolçu hesab edilir. Onun aktivində ÇL-də 5 qələbə, 2016-cı il AÇ-in qızılı və UEFA Millətlər Liqasının 2 dəfə qalibi titulu var.
Ronaldo 2006-2022-ci illər arasında 5 DÇ-də qol vurmağı bacarmış yeganə oyunçu olaraq qalmaqdadır.
