Gürcüstanda COVID-19 məhdudiyyəti: bir gündə 837 nəfər cərimələndi

Ötən sutka ərzində Gürcüstan polisi koronovirus pandemiyası səbəbiylə tətbiq olunan məhdudiyyətləri pozduqlarına görə 837 nəfəri cərimələyib.

Az.shafaqna.com “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, bu barədə ölkə DİN məlumat yayıb.

Cərimə olunanların böyük hissəsi maska rejimini pozduqlarına görə inzibati məsuliyyətə cəlb edilib. Onlar 20 lari (6 dollara yaxın) ödəməli olacaqlar.

Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar Gürcüstanda noyabrın 28-dən sərt məhdudiyyətlər tətbiq edilir: küçələrdə maskaların istifadəsi mütləqdir, həmçinin axşam saat 21:00-dan səhər saat 05:00-a qədər vətəndaşlar evlərində qalmalıdırlar.

Bu məqaləni paylaş