“Taliban” “Əl-Qaidə” ilə əməkdaşlığı inkar etdi

“Taliban” heç bir terrorçu təşkilatlarla əməkdaşlıq etmir.

Az.shafaqna.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə hərəkatın siyasi ofisinin rəhbərinin müavini Şer Muhəmməd Abbas Stanakzay bəyan edib.

“Amerikalılarla imzaladığımız sazişə əsasən, Əfqanıstan ərazisində başqa dövlətlərin və təşkilatların mövcudluğu qəbuledilməzdir. Biz müqavilə əsasında davranırıq”, – “Taliban” nümayəndəsi deyib.

Stanakzay həmçinin “İslam dövləti” terror təşkilatı ilə əlaqələrin mövcudluğunu da təkzib edib: “Əfqanıstan ərazisinin müdafiəsi zamanı minlərlə talib “İslam dövləti” terrorçuları tərəfindən qətlə yetirilib”.

“Dünya ictimaiyyətini yanlışlığa sürükləmək üçün mütəmadi olaraq Kabil administrasiyası tərəfindən amerikalıların ölkə ərazisinə yeridilməsinə bəraət qazandırılması üçün gündəmə gətirilən daha bir məsələ guya bizim “Əl-Qaidə” ilə əməkdaşlığımız problemidir. Lakin ölkədə “Əl-Qaidə” adlanan heç nə yoxdur, onunla əməkdaşlıq edən də həmçinin”, – “Taliban” nümayəndəsi sözlərini tamamlayıb.

Bu məqaləni paylaş