Azərbaycana yatırılan investisiyaların həcmi 360 mlrd. dolları ötüb

İndiyədək Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 360 milyar ABŞ dollarından çox olub, bunun da təxminən yarısı xarici investisiyaların payına düşüb.

Az.shafaqna.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

O bildirib ki, xarici sərmayədarların aktiv iştirakı ilə yaşıl enerji, kənd təsərrüfatı, sənaye, nəqliyyat, logistika, rəqəmsallaşma, turizm və digər sektorlarda layihələr həyata keçirilir.

“Son 6 il ərzində qeyri-neft ixracı 2 dəfə artıb. Bu da ölkəmizdə rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir” – deyə nazir müavini əlavə edib.

Bu məqaləni paylaş