Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirə bilmirlər.
Az.shafaqn.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışında bildirib.
“Minlərlə Azərbaycan və Türkiyə vətəndaşı hər iki ölkənin ali təhsil ocaqlarında təhsil alırlar. Bununla belə, Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də bunu edə bilmirlər. Səbəb isə həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır”, – deyə o qeyd edib.
Əli Əsədov əlavə edib ki, Azərbaycan tərəfi problemin həll ediləcəyinə ümidvardır.
Bu məqaləni paylaş
