Tailand və Kamboca sərhəd münaqişəsi zonasinda atəşkəs rejiminin yaradılması məsələsi üzrə danışıqlara dekabrın 24-də başlayacaq.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Tailandın xarici işlər naziri Sihasak Phuangketkeu açıqlama verib.
Nazirin sözlərinə görə, qərar bu gün Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya ölkələrinin xarici işlər nazirlərinin görüşündə qəbul olunub.
O bildirib ki, Tailand Kamboca ilə atəşkəsin tətbiqi imkanlarını müzakirə etməyə hazırdır.
“Kamboca tərəfinin təklifi əsasında görüş dekabrın 24-də Tailandın Çanthaburi əyalətində keçiriləcək”, – deyə nazir qeyd edib.
Tailand XİN rəhbəri vurğulayıb ki, atəşkəs şərtlərinin razılaşdırılması hər iki tərəf üçün lazım olan qədər vaxt apara bilər.
“Sadəcə atəşkəs elan edib, onun avtomatik olaraq qorunacağını gözləmək olmaz. Biz konkret öhdəliklər və icra mexanizmini əks etdirən ətraflı plan istəyirik”, – deyə o əlavə edib.
