Yəmən Ali Siyasi Şurası Amerika silahlarının Ərəbistana və BƏƏ-yə satışının müvəqqəti olaraq dayandırılmasına reaksiya verib.
Az.shafaqna.com “Rasthaber Azərbaycan“-a istinadən xəbər verir, Yəmən Ali Siyasi Şurasının üzvü Muhəmməd Əli Əlhusi tvitterdə bu barədə yazıb.
“Bu addım Vaşinqtonun bu iki ölkə ilə törətdiyi cinayətlərin təmizlənməsinə səbəb olmayacaq. Silah satışının dayandırılması çəkindirici deyil və təcavüzkar Amerika-Ərəbistan-BƏƏ terrorizminin Yəmən Respublikasına qarşı həyata keçirməkdə olduğu mühasirə, aclıq, dağıntı və qətl kimi cinayətlərin təmizlənməsinə səbəb olmayacaq.”, -deyə o bildirib.
Bu məqaləni paylaş