Bakıda avtobus betonqarışdıran maşınla toqquşdu

Paytaxtın Binəqədi şoşesi istiqamətində avtobusla betonqarışdıran maşının toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu ərazisində baş vermiş qəzada üç nəfər müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Bir nəfər isə tibbi yardımdan imtina edib.

Bu məqaləni paylaş