
Avstraliya hökuməti ölkə üzrə odlu silahların əhalidən geri alınmasını nəzərdə tutan genişmiqyaslı proqramın icrasına başlayacaq.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Avstraliya İttifaqının Baş naziri Entoni Albanizi açıqlama verib.
Onun sözlərinə görə, milli odlu silah qanunvericiliyinə edilən dəyişikliklərdən sonra son 30 ildə dövlət tərəfindən həyata keçirilən silahların geri alınması üzrə ən iri proqramı reallaşdırılacaq. Baş nazir bildirib ki, proqramın maliyyələşdirilməsi federal hökumət və ştatlar arasında 50:50 nisbətində bölüşdürüləcək. Bununla yanaşı, silahların toplanması, emalı və onları təhvil verən şəxslərə ödənişlərin həyata keçirilməsi birbaşa regionların öhdəsində olacaq.
Albanizi əlavə edib ki, toplanmış silahların məhv edilməsi və utilizasiyası prosesi federal polis tərəfindən icra olunacaq.
Qeyd olunur ki, bundan əvvəl ştat və ərazi hökumətlərinin rəhbərləri ölkədə odlu silah dövriyyəsini tənzimləyən milli qanunvericiliyin islahatı barədə razılığa gəliblər. Bu çərçivədə regional hakimiyyət orqanlarına milli odlu silah reyestrinin yaradılmasının sürətləndirilməsi, bir şəxsin sahib ola biləcəyi silahların sayına məhdudiyyət qoyulması və daimi silah lisenziyalarının verilməsinin ləğvi ilə bağlı tapşırıqlar verilib.





























