Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda 3,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar paytaxt Tbilisidən təxminən 5 kilometr aralıda, Msxeta şəhərindən isə 3 kilometr qərbdə yerləşən Dzeqvi kəndi ərazisində hiss olunub.

Məlumata görə, zəlzələnin ocağı yerin 5 kilometr dərinliyində yerləşib.

Hadisə nəticəsində xəsarət alanlar və maddi ziyanla bağlı hər hansı məlumat daxil olmayıb.