2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ndə dəyişiklik edilib.

Az.shafaqna.com” xəbər verir ki, bu barədə Fərman imzalanıb

Fərmanla “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ndə “Çevik Hərəkət Qüvvələri hərbi hissəsinin döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə” sözləri yazılmış yeni bənd əlavə edilir.