Misir və İsrail arasında 35 milyard dollarlıq müqavilə bağlanıb.

Az.shafaqna.com xəbər verir ki, sazişə əsasən, İsrail Misirə qaz tədarük edəcək.

İsrail baş naziri Binyamin Netanyahu sözügedən sazişi “İsrail tarixinin ən böyük” sazişi adlandırıb.

Netanyahu deyib ki, qaz satışından əldə ediləcək 18 milyard dollar birbaşa İsrail büdcəsinə daxil olacaq və Misirlə əldə edilmiş bu razılıq İsrailin regiondakı enerji sahəsindəki mövqelərini ciddi şəkildə möhkəmlədib.

Qeyd edilib ki, İsrail həmçinin İordaniyaya da qaz ixrac edir.