
Kiprin Tehrandakı səfiri Petros Nakuzis İran Xarici İşlər Nazirliyinə dəvət olunub.
Az.shafaqna.com xəbər verir ki, buna səbəb Kipr və Birləşmiş Ərəb Əmirliklərinin rəsmilərinin yaydığı birgə bəyanatı İran tərəfinin ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirməsi olub.
Məlumata görə, görüş zamanı İranın xarici işlər nazirinin müavini və Fars körfəzi məsələləri üzrə baş direktor Məhəmməd Alibek səfirə rəsmi etiraz notası təqdim edib.
İran XİN-in açıqlamasında bildirilib ki, Əbu-Musa, Böyük və Kiçik Tomb adaları İranın ayrılmaz ərazisidir və bu ərazilər üzərində ölkənin tarixi, faktiki və mübahisəsiz suverenliyi şübhə altına alına bilməz. Tehran hər hansı ərazi iddialarını qəti şəkildə qəbul etmədiyini vurğulayaraq, bu tip bəyanatları dövlətlərin milli suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinə zidd addımlar kimi dəyərləndirib.
Eyni zamanda, Kipr hakimiyyətinə bu məsələdə yol verilmiş səhvin dərhal aradan qaldırılması və gələcəkdə oxşar addımlardan çəkinilməsi çağırışı edilib.





























