Az.shafaqna.com-un verdiyi xəbərə görə, FIFA ilin ən yaxşılarını açıqlayıb.

Məlumata əsasən, Fransanın PSJ klubunda çıxış edən Usman Dembele ən yaxşı futbolçuya təqdim olunan “The Best” mükafatına sahib çıxıb.

Komandanın çalışdırıcısı Luis Enrike isə ən yaxşı baş məşqçi seçilib.

Argentina təmsilçisi “İndependiente”nin futbolçusu Santyaqo Montiel “Puşkaş” mükafatına layiq görülüb. O, “İndependiente Rivadavia” ilə matçda vurduğu qola görə fərqləndirilib.

Daha əvvəl ən yaxşı qapıçı mükafatını İngiltərə nəhəngi “Mançester Siti”nin formasını geyinən Canluici Donnarumma qazanıb.

Əvvəlki məqaləAK daxiliyanma mühərrikli avtomobillərlə bağlı qərarın yumşaldılmasını təklif edib
Növbəti məqalədəAzərbaycanda vergi ödəyicilərinin sayı artıb