Az.shafaqna.com-un verdiyi xəbərə görə, “Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.

Klubun rəsmi saytının məlumatına əsasən, Ağdam təmsilçisinin 2025/2026-cı illər mövsümünün ikinci hissəsinə hazırlığı iki mərhələdən ibarət olacaq.

Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq komanda üzvləri 2026-cı il yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.

“Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirəcək.

Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcək.

Əvvəlki məqaləDərman təminatı mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə əczaçılıq şirkətləri və aptek təşkilatları ilə görüş baş tutub
Növbəti məqalədəBMT Fələstin xalqının öz taleyini təyin etmək hüququnu təsdiqləyən qətnamə qəbul edib