
Tailandla baş verən silahlı toqquşmalar Kambocada kütləvi köç dalğasına səbəb olub.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Net Pheaktra açıqlama verib.
Nazirin sözlərinə görə, 127 mindən artıq uşaq ailələri ilə birlikdə evlərini tərk etməyə məcbur qalıb və bu səbəbdən onların təhsili də yarımçıq qalıb.
Dekabrın 16-na olan rəsmi məlumatlara əsasən, sərhədyanı altı əyalətdə münaqişənin gərginləşməsi nəticəsində təxminən 422,7 min sakin daimi yaşayış yerlərini tərk edib. Köçkünlərin böyük əksəriyyəti – təxminən 344 min nəfəri qadınlar və uşaqlar təşkil edib.
Dekabr ayında zorakılığın artması ağır nəticələrə yol açıb. Son məlumatlara görə, ölkədə 15 nəfər həyatını itirib, 7 nəfər isə xəsarət alıb.






























