
Tbilisi ilə Moskva ilə münasibətlərin normallaşdırılması məsələsinə açıqdır.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili danışıb.
Lakin, o əlavə edib ki, rəsmi Tbilisinin bununla bağlı bir şərti var.
“Biz Gürcüstan və Rusiya arasındakı münasibətlərin bərpası üçün olan şərti açıqlamışıq. Bu münasibətlər, şübhəsiz, bir halda – Rusiya Federasiyası Gürcüstanın ərazi bütövlüyünü tanıyacağı halda bərpa edilə bilər“, – deyə Papuaşvili qeyd edib.
O vurğulayıb ki, Gürcüstan hakimiyyəti Moskva ilə münasibətlərin normallaşmasının tərəfdarıdır, lakin qeyd edilən məsələnin yerinə yetirilməsi şərti ilə.
Xatırladaq ki, daha öncə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin də bildirib ki, Kreml Tbilisi ilə əlaqələrin normallaşdırılması məsələsində ciddi fikirdədir, bu şərtlə ki, Gürcüstan Rusiyaya qarşı oyunlarda “mübadilə vasitəsinə” çevrilməsin. O deyib ki, Rusiya tərəfi Gürcüstan ilə stabil münasibətlərə can atır və Tbilisinin xarici siyasətində “sağlam praqmatizm” və çoxvektorluğa doğru tendensiya müşahidə edir.
Qeyk edək ki, iki ölkə arasında 2008-ci il avqust münaqişəsindən sonra diplomatik münasibətlər kəsilib.
Hazırda Rusiya və Gürcüstan arasındakı siyasi dialoq Cenevrə danışıqları çərçivəsində baş tutur.






























