Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azad edilən ərazilərdə təhsil alanların sayı 3 minə yaxınlaşır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, hazırda işğaldan azad olunan ərazilərdə 30-dək təhsil müəssisəsi fəaliyyət göstərir:
“Bura həm ümumtəhsil müəssisələri, həm də bağçalar daxildir. İşğaldan azad olunan ərazilərdə təhsil alanların sayı 3 min nəfərə yaxınlaşır. Bundan başqa, azad edilmiş ərazilərdəki ümumtəhsil müəssisələrində müəllimlərin sayı 300-dən çoxdur”.
Nazir həmçinin bildirib ki, Qarabağ Universitetində kampusun tikintisi davam edir, yeni proqramlar hazırlanır:
“Növbəti ildə Qarabağ Universitetinə 1200-1500 tələbə qəbulunu planlaşdırırıq. Yeni ixtisaslar, yeni fakültələr olacaq, xüsusilə təbiət fənləri sahəsində. Eyni zamanda, IT və iqtisadiyyatla bağlı müəllim ixtisasları da arta bilər”.
