«Avropalı Gürcüstan» müxalifət partiyasının gənclər qanadının fəalları Gürcüstan parlamenti qarşısında aksiya keçiriblər.
Az.shafaqna.com “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, iştirakçılar hava balonlarına deputat “mandatlarını” bağlayaraq, onlar səmaya buraxıblar.
Parlament qarşısına gələnlər bu addımı atmaqla oktyabrda keçirilən deputat seçkilərini pisləyərək, onların hakim “Gürcüstan arzusu – demokratik Gürcüstan” partiyasının lehinə saxtalaşdırıldığını bildiriblər.
İştirakçılar “gürcü xalqının haqları bərpa olunana qədər mübarizəni davam etdirəcəklərini” bəyan ediblər.
Təşkilatçılar həmçinin bildiriblər ki, onlar ölkədə qüvvədə olan sərt karantin tədbirlərinin yumşaldılmasını da tələb edirlər.
Bu məqaləni paylaş