
İslam aləminin Ali mərcei-təqlidi Ayətullahul-üzma Sistani bu gün iki dünyanın Xanımı olan Həzrət Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövludu münasibətilə bir qrup mömin ilə görüş keçirib.
Az.shafaqna.com xəbər verir ki, Ayətullah Sistani qonaqlarını bu bərəkətli münasibətilə təbrik edib və uca Allahdan onlara Əhli-Beytin (ə) vilayətində sabit-qədəmlik, həmçinin sağlamlıq və əmin-amanlıq nemətini davamlı etməsini diləyib.






























