Azərbaycan səfiri: “Ermənistan da daxil olmaqla, qonşularımızla birlikdə işləmək üçün yeni imkanlar var”

“Birlikdə işləmək üçün böyük imkanlarımız var”.

Az.shafaqna.com-un xəbərinə görə, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Böyük Xəzər Regionunda Cənub Qaz Dəhlizinin tamamlanması və enerji bazarının gələcəyinə dair müzakirədə deyib.

“Nəqliyyat dəhlizləri, Ermənistan da daxil olmaqla, qonşularımızla birlikdə işləmək və hər kəsin suverenliyini, inkişafını davamlı etmək və regiona daxil olmaq üçün yeni ortaya çıxan imkanlar var”, – deyə səfir Elin Süleymanov əlavə edib.

Bu məqaləni paylaş