Tərtərdə traktor minaya düşdü – YENİLƏNİB

16:40 – Tərtər rayonunun Qırmızıkənd kəndi ərazisində minaya düşən traktor sürücüsü Elgün Ələkbərovun vəziyyəti stabildir.

Bu barədə jurnalistlərə Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, o, üz nahiyəsinin, qarının ön divarı, sağ aşağı ətrafın kiçik ölçülü kor səthi qəlpə yaraları alıb.

***

14:27 – Tərtər rayonunun Qırmızı kənd ərazisində traktor minaya düşüb.

Az.shafaqna.com-un məlumatına görə, hadisə bu gün saat 14 radələrində baş verib.

Traktorun sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Bu məqaləni paylaş