
Myanmada hərbi aviasiyanın xəstəxanaya endirdiyi zərbə nəticəsində azı 30 nəfər həlak olub.
Az.shafaqna.com xəbər verir ki, hərbi təyyarə Banqladeşlə sərhəddə yerləşən Rakhayn ştatının Mrauk-U şəhərindəki mərkəzi xəstəxananı bombalayıb.
Hadisə yerində olan humanitar təşkilat nümayəndəsi bildirib:
“Vəziyyət çox ağırdır. Hazırda 31 nəfərin öldüyünü təsdiqləyə bilərik, lakin bu sayın artacağı gözlənilir. 68 yaralı var və onların da sayının çoxalacağı ehtimal olunur.”






























