
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Suriya kürdlərindən təşkil olunmuş YPG qruplaşmasının liderlərindən olan Salih Müslimin qardaşı oğlu Dəlya Mahmud Müslim Türkiyənin Mersin əyalətində polisə təslim olub.
21 yaşlı “Viyan Şervan” ləqəbli şəxs uzun danışıqlardan sonra təslim olub.
O, ifadəsində Türkiyə DİN-in “qırmızı siyahısına” daxil olan Salih Müslimlə qohum olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə YPG-ni PKK terror təşkilatı ilə əlaqəli hesab edir.






























