Xırdalanda gənc oğlan özünü binadan atdı

Abşeron rayonu, Xırdalan şəhərində bu gün daha bir intihar hadisəsi baş verib.

Şahidlərinin dediklərinə əsasən, gənc oğlan hündürmərtəbəli binadan özünü atıb.

O, hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin səbəbi araşdırılır.

Bu məqaləni paylaş