Avropa Rusiyaya qarşı müharibəyə hazırlaşır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

O deyib ki, Avropa hazırda silahlanmaya əsaslanan iqtisadi model qurur.

Orban qeyd edib ki, Aİ-nin rəsmi xətti 2030-cu ilə qədər hərbi qarşıdurmaya hazır olmaqdır və buna uyğun olaraq hərbi təməlli iqtisadiyyat formalaşdırılır.

Orban əlavə edib ki, bir çox Avropa ölkələri artıq avtomobil istehsalından imtina edib, zavodlarını silah və zirehli texnika istehsalına yönəltməyə başlayıblar.

Baş nazir vurğulayıb ki, bu prosesin dörd əsas mərhələsi var:

  • Birinci mərhələ diplomatik münasibətlərin kəsilməsidir – bu artıq reallaşıb;
  • İkinci mərhələ iqtisadi sanksiyaların tətbiqi və əməkdaşlığın dayandırılmasıdır;
  • Üçüncü mərhələ çağırış sisteminə keçid və iqtisadiyyatın hərbiləşməsidir – Orbanın sözlərinə görə, hazırda həm Macarıstan, həm də Brüssel bu mərhələdədir;
  • Dördüncü və son mərhələ isə birbaşa silahlı toqquşmadır.

Orban bildirib ki, hazırkı tendensiyalar Avropanın məhz bu istiqamətə doğru getdiyini göstərir.

Əvvəlki məqaləİran XİN başçısı Azərbaycanda səfərdədir
Növbəti məqalədəFHN: 13 nəfərin meyiti tapılıb