
Benində hakimiyyəti zorla ələ keçirməyə cəhd edən 13 nəfər saxlanılıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə hökumət dairələrinə yaxın mənbələr məlumat yayıb.
Bildirilib ki, bir qrup hərbçinin qaldırdığı üsyan səbəbindən ölkədə gərginlik yaranıb.
Xatırladaq ki, dövlət çevrilişinə cəhd edənlər SRTB dövlət yayım şirkətinin binasına hücum ediblər. Üsyana rəhbərlik etdiyi bildirilən Tiqri Paskal hadisə yerindən qaçıb və hüquq-mühafizə orqanları onun axtarışını davam etdirir.
Beninin daxili işlər naziri Allassana Seydu açıqlamasında bildirib ki, silahlı qüvvələrin operativ və peşəkar müdaxiləsi sayəsində vəziyyətə nəzarət bərpa olunub və çevriliş cəhdinin qarşısı alınıb.






























