Az.shafaqna.com-un verdiyi xəbərə görə, futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Məlumata əsasən, günün yeganə matçında “Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda Şamaxı təmsilçisi 17 xalla 7-ci yerdədir. Yevlax klubu isə 5 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XIV turun açılış oyununda “Qarabağ” səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə edib. Turun digər matçları dekabrın 8-9-da keçiriləcək.

Əvvəlki məqaləBəqai: İranın Azərbaycanla münasibətləri böyük əhəmiyyət kəsb edir
Növbəti məqalədəTailand Kamboca ilə sərhəddə sakinləri təxliyə edir