
Az.shafaqna.com xəbər verir ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev İstanbulda Ehlader sədri, ON4 televiziyasının idarə heyətinin üzvü Kadir Akarasla görüşüb.
Səmimi görüşdə Alulbeyt Türkiyənin rəhbəri Onurşan Rəhmani, Alulbeyt Alimlər Birliyinin üzvləri Mirbaqir Ağayev, Hacı Əziz Nəbiyev, Hacı Niyazi Əmirxanov, Əli Ələskərov və Mütəllim Əliyev də iştirak ediblər.
Görüş zamanı qarşılıqlı əlaqələr, maraq doğuran məsələlər müzakirə edilib.
Qeyd edək ki, görüş Türkdilli Alulbeyt Alimlər Birliyinin Nəcəf-Kərbəla ziyarətindən öncə baş tutub.

































